Baş nazir Əli Əsədovun imzaladığı qərarla noyabrda “iş və istirahət günlərinin ardıcıllığı” təmin edilib.
Yəni: 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Bayraq Günüdür; 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün 11 noyabr da qanunvericiliyə görə qeyri-iş günü olur. Əslində burada məsələ tamamlanmalıdır, çünki həftənin 5-ci günündən 2-cü gününə qədər – 8, 9, 10 və 11 noyabr tarixlərində qeyri-iş günlərinin ardıcıllığı avtomatik təmin edilmişdi.
Ancaq baş nazir belə qərara gəlib ki, ardıcıllıq davam etməlidir, ona görə də həmin həftənin və növbəti həftənin şənbə günlərini – başqa sözlə, 16 və 23 noyabr tarixlərini 12-13 noyabr iş günləri ilə dəyişib və 6 günlük qeyri-iş günü formalaşdırıb.