Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qərb Xəbər onları təbrik etdi – Video

8 mart / 18:00 2 dəq
Seyahat Maceraları YouTube Önizleme Resmi (1)
8 mart / 18:00
Burada sizin reklamınız ola bilər

Qərb Xəbər onları təbrik etdi Bəzən zəif, bəzən isə hədsiz güclü, bəzən sevinir, bəzən kədərlənir, kədərlənəndə dünya qəmə bürünür sanki.. Qadın həyatın gözəlliyini şərtləndirən əsas varlıq və nəhayətində isə anadır. Fərq etməz, cəmiyyətdə hansı mövqeyi tutur, hansı həyata məhkum edilib. Brilliant palçıqda da parlayır, axı..

Hələ yenicə addımlamağa başlayan, yayımına böyük hədəflərlə başlayan “RadioQərb”in kiçik olan kollektivi bu gün 8 mart – Beynəlxalq qadınlar günündə məhz onları təbrik etməyi özünə borc bildi. Düşündük ki, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasındakı qadınlar daha çox diqqətə, sosial müdafiəyə ehtiyac duyur. O qadınlar ki, özlərini atılmış, yaxınlarından, doğmalarından təcrid olunmuş hiss edirlər. Normal həyatda yaşadığımız üçün gözlərinin içinə baxa bilmirsən, çünki o gözlərdə olan təəssüflük, acizlik, bəzən kin, qəzəbin dərinliyində boğulur insan. Kimisi anadangəlmə məhkum edilib, kimisi isə yaşadığı həyatın ağrı-acısından, travmasından qazanıb bu xəstəliyi… Axı onları da yaradan Allahdır, nəhayətində nəfəs alıb-verən insandır? Qadındır?! Bu gün onların günüdür, onların çöhrəsində yaranan təbəssüm kimə yaraşır, onlara yaraşdığı qədər?!

Sabahımız necə olacaq, hansı surprizlər gözləyir bizi, bilmirik.. Bacardıqca könülləri şad etmək yerinə düşər, maddi baxımdan olmasa belə, ən azından mənəvi cəhətdən yardım ötürək ehtiyacı olanlara…

Aymirə İsmayılqızı Röyal İslam RadioQərb

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı