Kateqoriyasız

Növbəti qəbul imtahanları keçirilir

20 avqust / 11:24 1 dəq
60b48d27 76d5 34ba abcb 74ab8475243a
20 avqust / 11:24
Burada sizin reklamınız ola bilər

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başlayıb.

“Qərb Xəbər”in məlumatına görə, imtahanlar saat 11:00-da başlayıb və 3 saat davam edəcək.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 85 imtahan binası, 1 516 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 85 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 1 966 nəzarətçi–müəllim, 170 buraxılış rejimi əməkdaşı, 85 bina nümayəndəsi ayrılıb.

İştirakçıların imtahana tibbi maska ilə gəlməsi və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməsi təmin olunub.

Qeyd edək ki, DİM imtahanlarda 20 100 abituriyentin iştirakı nəzərdə tutulduğu barədə məlumat yayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər