Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan ilə yenidən görüşü olub.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə politoloq Oktay Qasımlı danışıb.
“Azərbaycan Respublikasının Prezidentinin həm Ermənistanın Baş Naziri ilə ikitərəfli görüşün keçirilməsi, bundan başqa dördtərəfli görüş və Türkiyə Pezidentinin iştirakı ilə qısa bir görüş hamsı müstbət qiymətləndirə bilinəcək addımlardır. 6 oktyabr tarixində dörd tərəfli görüşdə kifayət qədər müzakirələr aparılıb və bu Qafqazda sülhün bərqarar olması ilə bağlı Fransa Prezidentinin özünün sosial şəbəkə hesabında yayılan fikrində də ifadə olunub. Verilən ilkin açıqlamalarda xüsusi ilə də Azərbaycan Prezidentinin Azərbaycan televiziyasına verdiyi müsahibədə müsbət məqamların olduğunu görmək olar. Məhz bu müzakirələr nəticəsində biz gələcəklə bağlı atılacaq addımları da görürük. Azərbaycan dövlətinin təklif etdiyi sülh müqaviləsi beş şərt prinsipcə qəbul olunub. Azərbaycan dövləti təklif edir ki, əsas beynalxalq hüquqa uyğun prinsipləri və dövlətlərarası münasibətləri tənzimləyən bir sənəd hazırlansın və bu sənəd üzərində iş aparılsın.”
Politoloq həmçinin qeyd edib ki, Sovet dövründə Ermənistan dövlətinə verilən otlaq sahələri və digər məsələlər sərhədlərin demarkasiya və delmitasiya prosesləri zamanı müzakirə olunacaq məsələlərdir. Bu məsələlərlə bağlı Avropa İttifaqı özünün missiyasını bölgəyə göndərmək haqqında artıq qərar verib. Həmin missiyaya əsasən Ermənistan dövləti missiyanın Ermənistan ərazisində işləməsinə icazə verib və Azərbaycan Respublikası isə həmin missiyanın bizə aid olan məsələlərinə razılıq verib. Həm Qazağın 7 kəndi həmdə Naxçıvanın Kərki kəndi və digər ərazilər hansı ki, hazırda Ermənistanın ərasizindədir. Bir mənalı şəkildə Azərbaycana qaytarılacaq və bununla bağlı Azərbaycan dövlətinin hansısa bir güjəsti olmayacaq. O ki, qaldı Zəngəzur dəhlizi ilə bağlı məsələyə əlbətdə, üç tərəfli bəyanatda qeyd olunan ifadə və oradakı tətbiq olunan standartlar məhz dəhliz kateqoriyasına aid olan bir məsələdir. Azərbaycan Zəngəzur ərazisində dəhliz statusunda bir kommunikasiya xəttinin açılmasını istəyir və əslində bu tək istək deyil, həmçinin Ermənistan dövlətinin 10 noyabr anlaşmasına görə öz üzərinə götürdüyü öhtəlikdir. Azərbaycanın mövqeyi bir mənalıdır. Əgər Ermənistan Zəngəzur dəhlizinə dəhliz statusu vermiyəcəksə və bunun Ermənistanın suveren nəzarətində olacaqsa, Azərbaycan da eyni addımı Laçın yolunda atacaq və orada eyni standartlar tətbiq olunacaq. Bu baxımdan ümumən götürdükdə 6 oktyabr tarixində olan görüş Avropa Birliyinin vasitəçiliyi ilə keçirilməsi müsbət addım kimi dəyərləndirilir.
Ülviyyə Həsənli
Qərb Xəbər