Hadisə

Dərnəgüldə İnşaat bazarında taxta materialları yanır

23 noyabr / 10:59 1 dəq
23d0934 a i1123 wab31
23 noyabr / 10:59
Burada sizin reklamınız ola bilər

Bu gün səhər saat 5.40 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Əraziyə  Təcili-Tibbi Yardım xidməti də cəlb olunub.TTY gələnə qədər 1 nəfər kişi həyatını itirib, Bir nəfərə isə tibbi yardım göstərilib,həyatı təhlükəsi yoxdur.

“Qərb Xəbər” Fövqaladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, küləkli hava olduğuna görə, hadisəni nəzarət altına almaq xeyli çətin olub. Buna baxmayaraq, FHN-nin saat 10-a olan məlumatına əsasən, əraziyə cəlb çoxsaylı əməkdaşlarının səyi nəticəsində yanğın nəzarət altına alınıb.

23d0934_a-i1123-wab2723d0934_a-i1123-wab3223d0934_a-i1123-wab3323d0934_a-i1123-wab30

 

Əlavə məlumat veriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər