Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Nikolun 1975 xəritəsində israrının səbəbi nədir?

1 həftə ago
A A
qazaxxxxx

Faktiki olaraq Nikol Paşinyan dünənki çıxışında Azərbaycan üçün prinsipial olan bəzi məsələləri təsdiqlədi. Yəni Paşinyan bu dəfə yalnız 86,6 min kvadrat kilometri qeyd etməklə kifayətlənmədi, Qarabağın da ölkəmizin ərazisi olduğunu elan etdi. Paşinyan əslində bununla “Qarabağ Azərbaycandır” dedi.

“Qərb Xəbər” bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın dünən mediaya verdiyi müsahibə haqda danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

“Sülh müqaviləsinin imzalanmasına gəldiksə isə Paşinyan öncə millət vəkillərinə, sonra da jurnalistlərə başa salmağa çalışdı ki, onlar üçün əsas məsələ nə Qarabağ, nə də orada yaşayan ermənilər yox, Ermənistanın Cənubi Qafqazda dövlət kimi qalmasıdır. Çünki hazırki proseslərdə onların taleyi həll olunur. Biz Vaşinqton, sonra isə Brüssel görüşlərinin sülh danışıqlarına təkan verdiyini görürük. Rusiyanın da narazılığı onu göstərir ki, prinsipial məsələlərdə razılığın əldə olunmasında və yekun sülh müqaviləsinin imzalanmasında əsas əngəl Moskvadır. Paşinyanın KTMT üzvlüyünün dayandırılması ehtimalı haqqında verdiyi açıqlama da təsadüf deyil. Baş nazir təşkilatın fəaliyyətini mənfi qiymətləndirdi, Moskvanın İrəvanı Qərblə münasibətlərə görə ittiham etməsini mənasız adlandırdı, üstəlik, Qarabağda müvəqqəti fəaliyyət göstərən rus sülhməramlıların fəaliyyətinin uğurlu olmadığını qeyd etdi. Əslində bəhs etdiyimiz çıxışın böyük hissəsi Moskvaya ittihamlarla bağlıdır. Ələlxüsus bu bəyanatların 25 may Moskva görüşündən əvvəl verilməsi Paşinyanın artıq açıq şəkildə ölkəsi üçün Qərb istiqamətini seçdiyini elan etməsi deməkdir. Sözügedən ultimativ çıxış indidən Moskva görüşünün səmərəli olacağına şübhə yaradır”, – o bildirib.

Rizvan Hüseynov sərhədlərin dəqiqləşdirilməsi məsələsində Ermənistanın yox, Azərbaycanın qərar və mövqeyinin həlledici olacağını vurğulayıb:

“Delimitasiya və demarkasiyanın SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1975-ci il tarixdə hazırladığı xəritələr əsasında aparılması qərarını Ermənistan özbaşına verə bilməz. Burada prinsipial qərarı Bakı qəbul edə, İrəvan isə hansısa təklifləri verə bilər. Paşinyanın vurğuladığı 1975-ci il xəritəsində Azərbaycanın xeyrinə və zərərinə olan məsələlər mövcuddur. Bəhs olunan xəritədə 80-ci illərin ortalarında Ermənistana Qazax istiqamətində otlaq sahəsi kimi verilən torpaqların ölkəmizin ərazisi olduğu öz əksini tapıb. Yəni xəritə Tovuz-Qazax istiqamətində bizim üçün faydalı, Zəngilan, Zəngəzur və Naxçıvan istiqamətində isə zərərimizədir. Ancaq rəsmi İrəvan nə deyir desin, bunu nə Ermənistan, nə də onun havadarları verəcək. Qərarı Azərbaycan qəbul edəcək və onlar da bizim haqlı mövqeyimizlə razılaşmalı olacaqlar”.

Son xəbərlər

bu-gun-son-z-ng-calinir

Bu il 100 mindən çox şagird məzun olacaq

31 May 2023
ilham əliyevvv

Prezident: Azərbaycan alternativ enerji sektorunda öndə gedənlərin arasında olmaq istəyir

31 May 2023
Vladimir Putin

Rusiyanın planı odur ki, bölgədə davamlı sülh olmasın – Politoloq

31 May 2023
62a18804-4ebe-34d5-a55f-dc5714786e1a_850

Vladimir Putin və Volodimir Zelenski Türkiyəyə səfər edəcək

31 May 2023
mm-bina

“2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsinin MM-də müzakirəyə çıxarılacağı vaxt məlum olub

31 May 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.