Bölgə xəbərləri

Ceyhun Bayramov ATƏT rəsmisi ilə əsir düşmüş azərbaycanlı hərbçilərin durumunu müzakirə edib

24 may / 14:29 1 dəq
Bd20e98c 0078 3f6d 8e35 91199e062e6a
24 may / 14:29
Burada sizin reklamınız ola bilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfelt ilə görüşdə Ermənistanda əsir düşmüş azərbaycanlı hərbçilərin durumunu müzakirə edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Bununla yanaşı, davam edən mina təhdidləri, üçtərəfli bəyanat çərçivəsində Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi, aprel ayında əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı zorakılıq və onların qaytarılmaması, itkin düşmüş şəxslər barədə məlumat verilməməsi kimi məsələlərə diqqət çəkilib.

Paylaş
Burada sizin reklamınız ola bilər