Dünya

Niderland iqlim dəyişikliyi ilə mübarizəyə 28 milyard avro ayırıb

27 aprel / 09:11 1 dəq
33874728 3d5b 3515 9aca a652ed8dc617
27 aprel / 09:11
Burada sizin reklamınız ola bilər

Niderland hökuməti iqlim dəyişikliyi ilə mübarizə üçün 28 milyard avro ayırıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Niderland Yayım Korporasiyası məlumat yayıb.

Planı ölkənin iqlim və energetika naziri Rob Yetten təqdim edib. Ümumilikdə plan, ölkəyə 1990-cı illə müqayisədə 2030-cu ilə qədər atmosferə karbon qazı emissiyalarını ən azı 55% azaltmağa imkan verəcək 120 konkret tədbiri ehtiva edir.

Koalisiya hökumətindəki partiyalar planı iddialı, dürüst və həyata keçirilə bilən adlandırıb və karbon qazı emissiyalarının 60% azalacağına ümid edirlər.

Sənəddə, xüsusilə, 2035-ci ilə qədər bütün kömür və qaz elektrik stansiyalarının bağlanması, istilik izolyasiyasına subsidiyalar, günəş panellərinin quraşdırılması və təkrar bazarda elektriklə işləyən avtomobillərin alınması, enerji doldurma stansiyaları şəbəkəsinin genişləndirilməsi üçün vəsait və az enerjili atom elektrik stansiyalarının tikintisi yer alıb.

Paylaş
Burada sizin reklamınız ola bilər