Mövlud Çavuşoğlu: “Türkiyə Krımın qanunsuz ilhaqını tanımır”
“Biz Krımın qanunsuz ilhaqını tanımırıq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyadakı çıxışında deyib.
O bildirib ki, rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində prinsipial mövqe tutur: “Türkiyə balanslaşdırılmış xarici siyasət kursunu davam etdirəcək. Doğrudur, biz NATO üzvüyük. Amma ölkəmizin milli maraqları bizim üçün həmişə prioritetdir”.
Nazirin sözlərinə görə, həm Moskva, həm də Kiyev Türkiyəyə etimad göstərir: “Təsadüfi deyil ki, Ukraynadakı münaqişə tərəfləri əsirlərin mübadiləsi, eləcə də Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafındakı vəziyyətlə bağlı Ankaraya üz tutdular”.
Report.az
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı