Dağıstanın Mahaçqala hava limanında iğtişaşlara görə həbs olunanların sayı 15-ə çatıb, daha iki nəfər isə 60 saatlıq icbari əmək cəzasına məhkum edilib.
“Qərb Xəbər”in məlumatına görə, bu barədə vilayətin Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva bildirib.
Daha əvvəl iğtişaşların yeddi iştirakçısının həbs edildiyi bildirilmişdi.
R.Carçılı