Kateqoriyasız

Məhərrəm Göyüşoğlu-“Qərb xəbər” yenidən Sizinlə

12 fevral / 18:57 2 dəq
WhatsApp Image 2026 02 12 at 18.52.15 (1)
12 fevral / 18:57
Burada sizin reklamınız ola bilər

Dəyərli oxucularımız,

Xeyli fasilədən sonra qərb bölgəmizin elektron medialarından biri olan Qerbxeber.com yenidən sizlərin xidmətində olacaq. İmkanlarımız, resurslarımız, gücümüzün yetdiyi, əlimizin çatdığı qədər Sizə və Sözə xidmət üçün qayıtdıq.

Ona görə qayıtdıq ki, bölgəmizdə yerli mətbuat olsun;

Ona görə qayıtdıq ki, burada icmalara, insanlara yaxın olan mətbuat olsun;

Ona görə qayıtdıq ki, regionumuzda az saylı olan və ya qalan QHT-lərin səsi ola bilək;

Yenidən ona görə qarşınıza çıxırıq ki, sizlərin heç olmasa sosial problemləriniz aidiyyəti qurumların qarşısına çıxsın!

Bunun üçün sizin mənəvi dəstəyinizə, oxuyub bizi paylaşmanıza ehtiyacımız var. Birdə ictimailəşdirmək istədiyiniz xəbərləri, problemləri, icmanızın ehtiyaclarını bizə yönləndirməyinizi xahiş edirəm.

Şüarımız, sloqanımız dəyişməz qalır: Təşəbbüs İnkişafın təməlidir!  Bir toplumun inkişafı üçün əsas faktorlardan biri vətəndaş təşəbbüsü, ictimai fəallıq və ictimai iştirakçılıqdı. Həyatımızı müsbətə doğru dəyişmək istəyiriksə,öncə düşüncələrimizi dəyişməliyik. Dəyişiklik düşüncədə başlar!

Gəlin Böyük düşünək!

 

Paylaş
Burada sizin reklamınız ola bilər