Bölgə xəbərləri

Tovuzda gənc oğlan Kürdə boğulub

7 sentyabr / 12:21 1 dəq
86b45158 a6c4 46c7 8067 bb9e59077fd0
7 sentyabr / 12:21
Burada sizin reklamınız ola bilər

Tovuzda gənc oğlan Kürdə batıb.

“Qərb Xəbər”in məlumatına görə, hadisə Kür çayının Tovuz rayonunun ərazisindən keçən hissəsində baş verib. Nəticədə rayonun Cəlilli kənd sakini 24 yaşlı Ümid Qasımov dünyasını dəyişib.

Onun meyiti tapılaraq Məhkəmə Tibbi Ekspertiza Pataloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib. Meyit müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər