Dünya

Lukaşenko Putinlə görüşməyi planlaşdırır

28 iyul / 20:44 2 dəq
Lukasenko1 900x507
28 iyul / 20:44
Burada sizin reklamınız ola bilər

Belarus Prezidenti Aleksandr Lukaşenko ən mühüm və ciddi məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə şəxsi görüş barədə razılığa gəlməyi planlaşdırır.

Qerbxeber.com xəbər verir ki, bu barədə TASS-a Belarus liderinin mətbuat katibi Natalya Eysmont bildirib.

Onun sözlərinə görə, iyulun 27-də Putinlə Lukaşenko arasında baş tutan telefon danışığında tərəflər proqram mövzularına toxunmayıblar.

“Belarus və Rusiya prezidentlərinin, əlbəttə ki, hər zaman müzakirə edəcəkləri nələrsə var. Belə desək, bir çox mövzularda – həm ikitərəfli münasibətlər, həm də beynəlxalq gündəm ilə müzakirələr ola bilər. Ümumiyyətlə, telefonla müzakirə edilməməsi daha yaxşı olan mövzular var. Prezidentlər yaxın gələcəkdə görüş barədə razılığa gələcək və bütün ən mühüm və ciddi məsələləri üz-üzə müzakirə edəcəklər”, – Eysmont deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər