Dünya

London Suriyaya sanksiyaları ləğv etdi

24 aprel / 14:52 1 dəq
Indir 2025 04 24t145225.804
24 aprel / 14:52
Burada sizin reklamınız ola bilər

Böyük Britaniya hökuməti Suriyanın bəzi nazirlikləri, kəşfiyyat xidmətləri və media qurumlarına qarşı tətbiq olunan sanksiyaları ləğv edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə məlumat Birləşmiş Krallığın Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Sanksiyalardan çıxarılan qurumlar arasında Suriya Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Təhlükəsizlik İdarəsi, Hərbi Hava Kəşfiyyatı, Siyasi Təhlükəsizlik İdarəsi, Milli Təhlükəsizlik Bürosu, Hərbi Kəşfiyyat İdarəsi, Ordunun Təchizat Bürosu, həmçinin Suriyanın Dövlət Radio və Televiziya Baş Direktorluğu, “Al Watan” qəzeti, “Cham Press TV” və “Sama TV” telekanalları yer alır.

Ümumilikdə Suriyaya qarşı tətbiq olunan sanksiya siyahısından 12 təşkilat və qurum çıxarılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər