Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Lavrov Məmmədyarov və Mnatsakanyanın görüşünü şərh edib

17 aprel / 14:45 3 dəq
1555497331 74c344cdcca94e1183bcdf3d28be976b (1)
17 aprel / 14:45
Burada sizin reklamınız ola bilər

“Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında əldə edilən razılaşmalar faydalıdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya xarici işlər naziri İviça Daçiçlə görüşünün yekununa həsr olunan mətbuat konfransında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Rusiyanın vasitəçiliyi ilə aprelin 15-də keçirilən danışıqları şərh edərkən deyib.

“Moskvada bazar ertəsi günü keçirilən görüşün yekunlarına görə, humanitar tədbirlərə bağlı görüşün yekun birgə bəyanatında müfəssəl şəkildə qeyd olunub. Bu tədbirlərin məğzi vəziyyəti xüsusilə də əkinçilik işləri dövründə sabitləşdirmək üçün tərəflərin əlavə səylər göstərmək zərurətinə razılıq vermək, həbs yerlərində saxlanılanların yaxınları üçün onlarla görüşməyə gəlmələrinə rəvac vermək, habelə insanlar arasında, xüsusilə də media nümayəndələri arasında təmaslara dəstək verməkdir”, – Rusiyanın XİN başçısı vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin bu danışıqlar çərçivəsində həllinə dair 2016-cı ildə verilən təkliflərə toxunan S.Lavrov xarici işlər naziri Elmar Məmmədyarovun görüşün yekunlarına dair müsahibələrindən birində həmin təkliflərin müzakirə olunduğunu təsdiqlədiyini bildirib: “Həmin təkliflərin məğzinə gəlincə, həmsədr ölkələr Rusiya, Fransa, ABŞ rəhbərlərinin bir çox açıqlamasında təsbit olunmuş yanaşmalara uyğun gələn bu təkliflər tərəflər arasında ərazi bütövlüyü, xalqların müqəddəratının təyini, müdaxilələrə və güc tətbiqinə yol verməmək prinsiplərinə əsaslanan razılaşmalar əldə olunmasını ehtiva edir”.

Rusiyalı nazir dövlət başçılarının silsilə bəyanatlarını, habelə ATƏT Xarici İşlər Nazirləri Şurasının son iclasında qəbul olunmuş bəyanatları misal gətirib: “Orada işlərin bütün təməl istiqamətləri göstərilir. Təfərrüatlar isə təbii ki, məxfidir”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı