Bölgə xəbərləri

Prezident Gəncə-Göygöl yolunun təmirinə 2 milyon manat ayırdı

5 sentyabr / 13:38 1 dəq
İlham Aliyev ferman
5 sentyabr / 13:38
Burada sizin reklamınız ola bilər

Azərbaycan Prezidenti İlham Əliyev Göygöl–Topalhəsənli–Şəhriyar–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmirinə dair sərəncam imzalayıb.

Qerbxeber.com xəbər verir ki, sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun yenidən qurulması üçün 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə göstərilmiş məbləğdən ilkin olaraq 2 (iki) milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyələşməni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təmin edəcək. Layihənin davam etdirilməsi üçün zəruri vəsait isə 2026-cı il dövlət büdcəsində nəzərdə tutulacaq.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı