Hadisə

“Kraken” Rusiyaya da çatdı

12 yanvar / 14:02 1 dəq
324940912 3341202676148599 7343955687815305773 n
12 yanvar / 14:02
Burada sizin reklamınız ola bilər

Rusiyada koronavirusun “Omikron” ştammının “XBB.1.5” və ya “Kraken” subvariantı aşkar edilib.

“Rospotrebnadzor” bildirib ki, yoluxma hadisəsi Penza vilayətində qeydə alınıb.

Qurumdan əlavə ediblər ki, indi Rusiyada “Omikron”un çox növü mövcuddur, “BA.5” üstünlük təşkil edir. “Delta” ştammı 2021-ci ilin ikinci yarısında üstünlük təşkil edib, digər ştammlar son aylarda qeydə alınmayıb.

Xatırladaq ki, çox sürətlə yayılma qabiliyyətinə malik olan “Kraken” Gürcüstanda da aşkarlanıb.

Mənbə: TASS

Paylaş
Burada sizin reklamınız ola bilər