Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Qafqaz

Koçaryanın yalanı: 44 günlük savaşda “əlaqələrimi”işə salmağa çalışdım

18 may / 20:02 2 dəq
Koçaryan
18 may / 20:02
Burada sizin reklamınız ola bilər

Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan 44 günlük müharibə zamanı “vəziyyəti həll etmək üçün əlaqələrindən istifadə etməyə çalışdığını” iddia edib.

 Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə seçki təbliğatı çərçivəsində seçicilərlə görüşündə deyib.

Köçəryanın sözlərinə görə, hərbi əməliyyatların başlamasından 3-4 gün sonra artıq ona aydın olub ki, Qarabağda baş verənlər “yaxşı bitməyəcək”:

“O vaxt ölkəni tərk etməyim qadağan olunmuşdu, amma hakim getməyə icazə verdi. Daha sonra koronavirus testi verdim və tamamilə sağlam olmağıma baxmayaraq, testim müsbət çıxdı. Dörd-beş ekspress test aldıq: hamısı mənfi çıxdı. Hətta burada belə, məni müharibəni dayandırmaq imkanından məhrum etmək üçün əllərindən gələni etdilər”.

Qeyd edək ki, Robert Köçəryan yalan danışır və seçicilərinin yaddaşsızlığına stavka edir. O, müharibənin 3-cü günü, 29 sentyabrda Xankəndiyə gəlmiş və burada bir neçə gün qalmışdı.

Onun Moskvaya getməsi və dostu saydığı Rusiya lideri Vladimir Putinlə görüşüb, yardım istəməsi ideyasını Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xeyli sonra irəli sürmüşdü. Bundan sonra məhkəmə Köçəryanın ölkədən çıxışına qoyulan qadağanı qaldırmışdı. Köçəryana Moskvaya təcili getməsi üçün xüsusi təyyarə də ayrılmışdı. Lakin 30 oktyabr 2020-ci ildə Köçəryan “qəfildən” koronavirusa yoluxdu və Moskvaya səfəri təxirə salındı. “Xəstələnmə” məlumatını isə Köçəryanın öz ofisi yaydı. Hələ o zaman Köçəryanın koronovirus testinin “müsbət” çıxmasının səbəbi kimi “əlaqələrindən istifadə cəhdlərinin uğursuz olması” barədə məlumat yayıldı.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı