Dünya

Kobaxidze Qazaxıstana səfər edib

5 fevral / 11:04 1 dəq
67a30b877400f67a30b8774010173873856767a30b877400d67a30b877400e
5 fevral / 11:04
Burada sizin reklamınız ola bilər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstana rəsmi səfərə gedib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, Kobaxidze iki günlük səfər çərçivəsində Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə təkbətək və geniş tərkibdə görüşəcək. İrakli Kobaxidzeni həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev qəbul edəcək.

Hökumət başçısını səfərdə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili , xarici işlər naziri Maka Boçorişvili və digər nazirlər muşayiət edir.

Paylaş
Burada sizin reklamınız ola bilər