Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Azərbaycanlı miqrantların üzləşdikləri problemlər… – Video + İnfoqrafika

24 noyabr / 13:07 2 dəq
1013658026
24 noyabr / 13:07
Burada sizin reklamınız ola bilər

Azərbaycan reallığında işsizlik həddi rəsmi qurumların açıqladığı rəqəmlərdən fərqlidir. Bu üzdən xarici ölkələrə işləməyə gedən insanların sayı çoxluq təşkil edir. Oxşar tendensiya Azərbaycanın Qərb bölgəsində də yaşanır. Müstəqilliyin ilk illərindən fərqli olaraq əhalinin böyük hissəsi artıq MDB ölkələrinə deyil, əsasən Türkiyəyə əmək köçü edir. Bu tip miqrasiya edən şəxslər sözügedən ölkədə əmək istismarına məruz qalır; ucuz işçi qüvvəsi kimi sinifləndirilən şəxslər işəgötürənlərin təkidiylə əmək müqaviləsi imzalamırlar. Belə olan halda onlar hər növ sosial və tibbi təminatdan kənar qalırlar. Bəzən maaşlarını belə vaxtlı-vaxtında ala bilmirlər, soyuq və qaranlıq zirzəmilərdə gecələməyə məcbur olurlar. Dövlətlərarası müqavilələrin olmaması onların həmin ölkədə işləmək üçün icazə almasına maneə törədir.

Adil Mustafayev (ad şərtidir – red.) Qazax rayonunun Daş Salahlı kənd sakinidir, doğulduğu kəndin digər sakinləri kimi – o da dolanışığını Rusiyada və Türkiyədə tikintidə bannalıq etməklə çıxarır.

“Qərb Xəbər”ə müsahibəsində də həmin ölkələrdə özünün birbaşa şahidi olduğu problemlər və imkanlar barədə danışıb.

Qeyd: Qəhrəmanımız tez-tez gömrüyə gedib-gəldiyi üçün üzünün görünməsini istəmədi. Qorxur ki, ölkəyə giriş-çıxışına “stop” qoyular, yaxud güc strukturları tərəfindən incidilə bilər.

Aşağıdakı linkə keçid edərək hazırladığımız (mövzuya uyğun) infoqrafika ilə tanış ola bilərsiniz:

Azərbaycandan kənarda işləyən və yaşayan azərbaycanlı miqrantlar – Infogram

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı