Sosial

Gənc müəllimlərin yay məktəbinə start verilib

23 iyul / 12:16 2 dəq
Bc56f842 0b89 48a5 abce 8b663ebfd505
23 iyul / 12:16
Burada sizin reklamınız ola bilər

Şəki şəhərində keçiriləcək Azərbaycan gənc müəllimlərinin yay məktəbi layihəsinə start verilib. 

Təhsil Nazirliyindən bildirilib ki, yay məktəbi Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunub.

Yay məktəbinə 30-ə yaxın müəllim qatılacaq. Onlara pedaqoji mövzular üzrə təlimlər keçiriləcək, həmçinin müəllimlər üçün komanda oyunları təşkil olunacaq. Yay məktəbi çərçivəsində Bakı və bölgələrdən olan gənc müəllimlər təcrübə mübadiləsi edəcəklər.

Dörd gün davam edəcək təlimlərin sonunda təlimçilərə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir.

Yay məktəbi iyulun 26-dək davam edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər