Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.
“Səfər çərçivəsində Bakıda Gürcüstan və Azərbaycan Respublikasının baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Komissiyanın iclasında iki ölkənin hökumət üzvləri iştirak edəcək. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü planlaşdırılır. Görüşdən sonra liderlər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər. Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və Hökumət Administrasiyası rəhbəri Levan Jorjoliani olacaq” – deyə məlumatda bildirilib.