Bölgə xəbərləri

BMT ekspertləri: “Ozon təbəqəsi 40 ildən sonra bərpa olunacaq”

10 yanvar / 09:03 1 dəq
7a4615e6 cafa 307d a905 4ed58fad9830
10 yanvar / 09:03
Burada sizin reklamınız ola bilər

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) ekspertləri bildiriblər ki, Yer kürəsinin ozon təbəqəsi 2066-cı ildə Antarktidada, 2045-ci ildə Arktikada və 2040-cı ildə dünyanın qalan hissəsində ozon dəliklərinin olmadığı 1980-ci il dəyərlərinə qayıda bilər.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə dünya təşkilatının proqramının hesabatında deyilir.

Qeyd olunub ki, geomühəndislik layihələri atmosferə zərərli hissəciklər buraxmaqla ozon təbəqəsinə ciddi şəkildə təsir göstərirlər.

Xatırladaq ki, kanadalı alimlər Yer atmosferində Antarktidadan yeddi dəfə böyük olan ozon dəliyi aşkar ediblər.

Paylaş
Burada sizin reklamınız ola bilər