Dünya

KİV: Trampdan Zelenskiyə Moskvanı bombalamaq təklifi olundumu?

15 iyul / 16:12 1 dəq
Zelenski tramp
15 iyul / 16:12
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskidən Moskvanı vurmağı təklif edib.

Bu barədə adı açıqlanmayan mənbələrə istinadən “Faynənşl Tayms” məlumat verib.

Belə ki, Tramp Zelenski ilə iyulun 4-dəki telefon danışığı zamanı Rusiyanın dərinliklərinə zərbə endirilməsi məsələsinə toxunub. Tramp Ukrayna liderindən Moskvanı vura biləcəklərinə dair xəbər alıb.

“Əlbəttə, əgər bizə silah versəniz vura bilərik”, – Zelenski Trampa cavabında deyib.

Məqalədə deyilir ki, Tramp Zelenski ilə telefon danışığından bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə apardığı söhbətdən narazı qalıb.

Ağ Ev və Ukrayna Prezidentinin Ofisi məsələyə münasibət bildirməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər