Dünya

KİV: “Şimali Koreya müharibəyə hazırlaşır”

10 avqust / 12:16 1 dəq
Indir 2023 08 10T121615.692
10 avqust / 12:16
Burada sizin reklamınız ola bilər

Şimali Koreya müharibəyə hazırlaşır.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Şimali Koreya lideri Kim Çen In Silahlı Qüvvələrdə islahatlar həyata keçirib. O, Mərkəzi Hərbi Komissiyanın iclasında orduya mümkün müharibəyə hazırlaşmağı, silah istehsalını artırmağı və hərbi təlimləri genişləndirməyı tapşırıb.

Kim Çen In Şimali Koreyanın düşmənlərinin adını açıqlamayıb, amma ehtimal edilən təhlükələrə qarşı qabaqlayıcı addımlar atmağı tapşırıb.

Qeyd edək ki, bu il iyulun sonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreyaya səfər edib. Məhz həmin səfərdən sonra Kim Çen In ölkəsində silah istehsalının artırılmasını əmr edib.

Paylaş
Burada sizin reklamınız ola bilər