Sentyabrın 27-dən indiyədək Ermənistanın təcavüzü nəticəsində 9 şagird həlak olub, 50-yə yaxın məktəb yararsız vəziyyətə düşüb.
“Qərb Xəbər”in məlumatına görə, bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Nazir erməni terroru nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.