Bölgə xəbərləri

Energetika naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

10 avqust / 13:14 2 dəq
Bd56c1a0 d595 30f2 8978 dcc6306091b5
10 avqust / 13:14
Burada sizin reklamınız ola bilər

Avqustun 25-də energetika naziri Pərviz Şahbazov Gədəbəy, Şəmkir və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Qərb Xəbər”ə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul saat 12:00-dan başlayaraq Gədəbəy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialı (əlaqələndirici şəxs Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: office.tovuz@regulator.gov.az) və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Vüsal Paşayev, əlaqə telefonu: (055) 233-97-99, elektron poçt ünvanı: office.ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı