KİV: Putin müharibəni davam etdirməklə hər şeyi itirə bilər
Donald Trampın sülh çağırışlarına baxmayaraq, Vladimir Putinin müharibəni davam etdirmək qərarı Rusiya üçün ciddi nəticələr doğurur.
Qerbxeber.comTeleqraf-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşr bildirir ki, Kreml artıq beynəlxalq nüfuzunu və bir sıra müttəfiqlərini itirdiyini qəbul edib:
“Rusiya əvvəllər neftinin yarısını və qazının təxminən üçdə ikisini satdığı Qərb enerji bazarlarını tamamilə itirib. Hazırda dövlət büdcəsinin 40 faizi hərbi xərclərə sərf olunur”.




