Dünya

KİV: Ukraynaya sülhməramlı göndərmək çox risklidir

25 aprel / 09:08 2 dəq
Indir 2025 04 25t090756.612
25 aprel / 09:08
Burada sizin reklamınız ola bilər

Böyük Britaniya və digər Avropa ölkələri, çox güman ki, Ukraynaya sülhməramlı missiya çərçivəsində minlərlə hərbçi göndərmək planlarından imtina edəcəklər. London hesab edir ki, risklər çox yüksək ola bilər.

Qerbxeber.com xəbər verir ki, bu haqda “The Times” müzakirələrdə iştirak edən diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Britaniya və digər Avropa ölkələri əsas şəhərləri, limanları və atom elektrik stansiyalarını qorumaq üçün Ukraynaya quru qoşunlarının göndərilməməsi ssenarisini müzakirə edirlər.

Bəzi liderlər hesab edirlər ki, bu, sülh razılaşmasına nail olmaq üçün Rusiyanı geri addım atmağa məcbur edə bilər.

Mənbə Britaniya və Fransanın bunun əvəzində Qərbi Ukraynaya hərbi məsləhətçi göndərə biləcəyini bildirib.

Bundan əlavə, qəzet qeyd edib ki, Böyük Britaniya və digər Avropa ölkələri müdafiə qabiliyyətini gücləndirmək üçün Ukraynaya silah ötürməyə davam edəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər