Bu gün hicri -qəməri təqvimi ilə Muharrem ayının 10-u, Aşura günü-Kərbəla döyüşünün ildönümüdür.
Şiə məzhəbi bu gün matəm kimi qeyd edir. Döyüşdə İmam Əlinin oğlu Hüseyn və onun tərəfində ölənlər şəhid sayılır, dualar oxunur. Kənardan baxanda bu günə çox böyük sevgi və hörmət göstərildiyi görünür.
Amma bu duaların 99%-i cəmi iki nəfərədir: Hüseyn (55 yaş) və qardaşı Əbəlfəz (30+ yaş). Sizcə, niyə?
- -Hüseyn farslara yeznə olub, buna görə də İranda çox sevilib;
- -Əbəlfəz isə fars qadından doğulub, ona görə də ona qəhrəman kimi çoxlu əfsanələr qoşulub.
Halbuki döyüşdə İmam Əlinin 2 yox, 8 oğlu ölüb. Hüseyn və Əbəlfəzi hamı tanıyır. Amma digərləri – Cəfər (20-25 yaş), Abdullah (18-22), Osman (15-18), Əbu Bəkr (17-20), Ömər (10-15) və Muhəmməd (10-15) Bu adlar heç çəkilmir.
Bu adlar açıqlansa, Farsların qurduğu təbliğat sistemi və dini siyasəti sual altına düşə bilər. Çünki görünür ki, həyat yoldaşı döyülən, qapısı qırılan, haqsızlığa uğradığı deyilən Əli, sonradan oğullarına Osman, Əbu Bəkr və Ömər adlarını qoyub.
Şiəlik farslaşana qədər bu adlar da çəkilib, müqəddəs sayılıb. Şiələrin ən hörmət etdiyi alimi Şeyx Müfid Kərbala hadisəsi və ölənlərin adlarında bu oğulları qeyd edir. Həmçinin Hz.Əlinin oğlanlarının adları Təbəri kimi yüzlərlə tarixçinin sənədlərində keçir.