Kolumbiya millisinin kapitanı Xames Rodriges ABŞ-də təşkil olunan Amerika Kubokunda yeni rekorda imza atıb.
Qərbxəbər.com bildirir ki, 32 yaşlı futbolçu buna yarımfinalda Uruqvay yığmasına qalib gəldikləri (1:0) matçda məhsuldar ötürmə verməklə nail olub.
Hazırkı yarışda assistlərin sayını altıya çatdıran yarımmüdafiəçi bir turnirdə bu rəqəmə çatan ilk oyunçudur.
Qeyd edək ki, Kolumbiya millisi finalda Argentina ilə üz-üzə gələcək. İyulun 15-də gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.