Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Fars millətçiliyi İran rejimini qoruya biləcəkmi?-ASİF NƏRİMANLI

18 iyun / 22:01 2 dəq
Asif
18 iyun / 22:01
Burada sizin reklamınız ola bilər

İsrailin İrana hücumundan iki gün öncə – 11 iyunda Tehranın Vanak meydanında Araş Kamangirin (Oxatan Araş) heykəli ucaldılıb.

Araş Kamangir İranın Turana – türklərə qarşı müharibəsinin mifik qəhrəmanı hesab olunur. Mifə görə, Araşın atdığı ox bir neçə min kilometr uçaraq, İranla Turanın sərhədini ayırdı. Buna görə Araş Kamangir obrazı İranda həm də sərhədin bütövlüyünü simvolizə edir.

Bu heykəlin qoyulması birmənalı qarşılanmır. Çünki İslam dövləti qurduğunu iddia edən İran rejimi həmişə millətçiliyə qarşı olduğunu bəyan edib.
İndi – İsraillə müharibə fonunda dini motivlərə əsaslanan rejim pəhləvilərin irqçi mifinə heykəl ucaltmaqla fars şovinizmini önə çıxarır. Və belə görünür ki, rejim qabığını yeniləməklə həlledici müharibədə fars millətçiliyinin İranı qorumaq hərəkatına bel bağlamaq niyyətindədir.
Rejimə qarşı beynəlxalq planlarda məhz fars şovinizminə xidmət edən pəhləvilərin hakimiyyətə gətirilməsi istisna edilməyən variantlardandır. İran rejimi də pəhləvi irqçiliyinə heykəl ucaldaraq, bu xətti də öz tərəfinə çəkmək istəyir.
Araş Kamangirin oxunun məhz Arazın bu tayına – Azərbaycana tuşlanması ilə bağlı fikirlər də xüsusilə diqqət çəkir. Və o qədər də təccüblü qarşılanmamalıdır. Rejimin Azərbaycanı İran sərhədlərinə – fars şovinizminin bütöv İran ideologiyasına təhlükə mənbəyi kimi göstərməsi ilk hal deyil, hərçənd, son 5 gündə İranın düşdüyü vəziyyət fonunda bu cür simvolika tragikomediyaya bənzəyir.
Bizə isə Araşın oxunun İsrail qarşısında “nəyə qadir olduğuna” tamaşa etmək qalır.Araş heykəl
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı