Bölgə xəbərləri

İstanbulda partlayış baş verib

13 noyabr / 21:24 1 dəq
637105b11ec35637105b11ec361668351409637105b11ec31637105b11ec33
13 noyabr / 21:24
Burada sizin reklamınız ola bilər

 

İstanbulun məşhur İstiqlal küçəsində partlayış baş verib.

“Qərb Xəbər” bildirir ki, hadisədən sonra əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib.

İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı açıqlama verib.

Yerlikaya açıqlamasında bunları deyib:

“Bu gün saat 16.20 radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Ölən və yaralananlar var. Hadisələr ictimaiyyətlə paylaşılacaq”.

Partlayışın səbəbi hələlik məlum deyil.

 

Paylaş
Burada sizin reklamınız ola bilər