Dünya

İsrailin hərbi gəmiləri və tankları Qəzzanın cənubunu atəşə tutub

15 mart / 09:30 1 dəq
67d4ee4e7359c67d4ee4e7359d174200788667d4ee4e7359a67d4ee4e7359b
15 mart / 09:30
Burada sizin reklamınız ola bilər

İsrailin hərbi gəmiləri və tankları Qəzzanın cənubundakı Rəfah şəhərini atəşə tutub.

Qerbxeber.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, Qəzza zolağının cənub sahillərində yerləşmiş İsrail hərbi gəmiləri Rəfahın sahilyanı hissəsi istiqamətində atəş açıb. Telekanal həmçinin İsrail tanklarının Rəfahı atəşə tutması barədə məlumatlar olduğunu bildirib.

Qeyd edək ki, martın 7-də Ynet portalı İsrail Müdafiə Qüvvələrinin (IDF) baş qərargah rəisi Eyal Zamirin Qəzza zolağına yeni hücum planını təsdiqlədiyini bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər