Dünya

İsrail ötən gün HAMAS-ın Qəzzadakı 320 obyektinə zərbə endirib

23 oktyabr / 10:40 1 dəq
65360ca85457865360ca854579169804100065360ca85457665360ca854577
23 oktyabr / 10:40
Burada sizin reklamınız ola bilər

İsrail ordusu ötən gün ərzində Qəzza zolağında 320 hərbi hədəfi vurub.

“Qərb Xəbər” bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (The Israel Defence Forces – IDF) məlumat yayıb.

 

Məlumata əsasən, İsrail ordusu ötən gün ərzində Qəzzada HAMAS və “İslami Cihad” təşkilatlarına aid 320 hərbi hədəfi vurub.

İsrail ordusu Qəzzada yerüstü hərbi əməliyyatlara hazırlıq çərçivəsində, regionda potensial təhlükə yarada biləcək obyektləri vurub. Bu mövqelər arasında HAMAS və “İslami Cihad” hərbçilərinin gizləndiyi tunellərə, hərbi obyektlərə, müşahidə mövqelərinə, minaatan və tank əleyhinə idarə olunan raket mövqelərinə zərbələr endirib.

Paylaş
Burada sizin reklamınız ola bilər