İsrail Müdafiə Qüvvələri son bir ildə 729 əsgərinin həlak olduğunu təsdiqləyib.
Qerbxeber.com xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, 2023-cü il 7 oktyabrdan – HƏMAS-ın hücumundan indiyə qədər 4576 hərbçi də yaralanıb. Yaralananlardan 696-nın vəziyyəti ağırdır.