Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Koronavirusla mübarizədə uşaqlar üçün maarifləndirici materiallar hazırlanır

16 aprel / 14:05 2 dəq
423309642
16 aprel / 14:05
Burada sizin reklamınız ola bilər

Azərbaycanda əhalini yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı ətraflı məlumatlandırmaq məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində əhali, xüsusən uşaqlar üçün maarifləndirici materialların hazırlanaraq aidiyyəti üzrə paylanılması nəzərdə tutulur.

Azərbaycan Səhiyyə Nazirliyinin yaydığı xəbərə görə, yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və profilaktika məqsədilə hazırlananan materiallarda uşaqlara evdə qalmağın vacibliyi izah olunur, immun sisteminin möhkəmləndirilməsi, düzgün qidalanma, ev şəraitində fiziki aktiv olmaq, onlayn tədris layihələrinə qoşularaq dərslərini hazırlamaq və digər mövzular üzrə tövsiyələr yer alıb.

Pandemiya dövründə körpələrini ana südü ilə qidalandıran anaların zəruri gigiyena qaydalarına riayət etməsi, usaqların (0-2 yaş arasında) erkən inkişafı, eyni zamanda uşaq və valideynlərdə təşvişin aradan qaldırılması, stressin idarə olunması üzrə məlumatlar da maarifləndirici vərəqələrdə əhalinin diqqətinə çatdırılır. Bu mövzularda həmçinin sosial şəbəkələrdə müntəzəm olaraq maarifləndirici materialların paylaşılması, həmçinin qısa video-çarxın hazırlanması həyata keçiriləcək.

Hazırlanan materiallara əhalinin əlçatanlığının təmin olunması məqsədilə onlar www.isim.az saytında yaradılan Koronavirus haqqında məlumat bölümündə yerləşdiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı