İsrail BMT-ni məlumatlandırıb ki, 1,1 milyon fələstinli 24 saat ərzində Qəzza zolağının cənubuna təxliyə edilməlidir.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə təşkilatının baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.
Düjarrik qeyd edib ki, bu tələb “bütün BMT əməkdaşlarına, eləcə də BMT təsisatlarına, o cümlədən məktəblərə, sağlamlıq mərkəzlərinə və klinikalara sığınmış şəxslərə” aiddir.