Dünya

İspaniya Ukraynaya zenit müdafiə batareyası göndərəcək

25 iyul / 09:09 1 dəq
29c8ef52 2a57 3a53 a0a6 ff750feb951b
25 iyul / 09:09
Burada sizin reklamınız ola bilər

İspaniya Ukraynaya zenit müdafiə batareyası göndərəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, müdafiə naziri Marqarita Robles ukraynalı həmkarı Rustem Umerovla danışıqlar aparıb və təlim keçən ukraynalı əsgərlərin sayının 5 minə çatdığını nəzərə alaraq hərbçilərin hazırlanmasında mühüm irəliləyiş olduğunu vurğulayıb.

O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə imkanlarını artırmaq üçün “Hawk” zenit batareyasının və bunun üçün lazım olan bütün materialların göndəriləcəyini vəd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər