Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

İrakli Qaribaşvili: “Gürcüstan üçün yeni müharibənin başlaması üçüncü dünya müharibəsinin başlaması deməkdir”

24 mart / 13:10 3 dəq
İrakli Qaribaşvili
24 mart / 13:10
Burada sizin reklamınız ola bilər

“Gürcüstan üçün yeni müharibənin başlaması Üçüncü Dünya Müharibəsinin başlaması deməkdir. Bu, bizim üçün tamamilə eynidir, çünki ölkə yeni müharibəyə tab gətirə bilməz”.

“Qərb Xəbər” bildirir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə deyib.

Hökumət başçısının sözlərinə görə, bu gün ölkəmizin qarşısında duran əsas vəzifə ölkə daxilində sabitliyin və əmin-amanlığın qorunmasıdır.

“Həmçinin, Avropa Parlamentinin bəzi üzvlərinin təşviq edici bəyanatlarını xatırladırıq. Zorakı qruplar polisə hücum edərkən, molotof kokteyli, daş və s. atanda, biz birbaşa Avropa Parlamentinin bəzi üzvlərindən çağırışlar eşitdik ki, indi onların fikrincə, bu rejimi devirmək, dəyişmək və s. zamanıdır. Bu plan, təbii ki, iflasa uğradı və ölkəmizin düşmənləri yenidən məğlub oldu. Sonda sizə demək istəyirəm ki, bu gün ölkəmizin qarşısında duran əsas vəzifə, təbii ki, ölkə daxilində sabitliyi qorumaq, sülhü qorumaq, heç bir qarşıdurmaya, müharibəyə imkan verməməkdir. Baş nazir kimi əsas vəzifəm və əsas qayğım budur. Allaha şükürlər olsun ki, biz bunu uğurla həyata keçirə bilirik. Cəmiyyətimizə bir daha demək istəyirəm ki, bu gün ölkəmiz nə NATO, nə də Avropa İttifaqının üzvüdür. Aİ-yə üzv dövlətlər öz təhlükəsizliklərini və milli maraqlarını qorumaq üçün son dərəcə diqqətlidirlər və Rusiya ilə birbaşa eskalasiyadan niyə qaçdıqlarından danışanda onların cavabı çox sadədir ki, onların Rusiya ilə qarşıdurması Üçüncü Dünya Müharibəsinin başlamasına səbəb olacaq. Biz Gürcüstan üçün yeni müharibənin başlaması Üçüncü Dünya Müharibəsinin başlaması deməkdir. Bu, bizim üçün tamamilə eynidir, çünki ölkə yeni müharibəyə tab gətirə bilməz.  Bizim, o cümlədən siz müxalifət nümayəndələrinin əsas məqsədi birliyi qorumaq və bu böyük çətinliklərdə birlikdə mübarizə aparmaq olmalıdır”, – deyə İrakli Qaribaşvili bildirib.

InterPress.ge

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı