İrəvan Dövlət Universitetində partlayışda ölənlərin sayı 2-yə çatıb.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ermənistanın səhiyyə naziri jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, İrəvan Dövlət Universitetinin kimya kafedrasının binasındakı zirzəmidə baş verən partlayış nəticəsində xəsarət alması səbəbindən xəstəxanaya yerləşdirilən bir nəfər ölüb.
Xatırladaq ki, ötən həftə İrəvan Dövlət Universitetinin kimya kafedrasının binasındakı zirzəmidə partlayış baş verib.
Hadisə nəticəsində 1 nəfər ölüb. Ölən şəxsin yaşıllaşdırma idarəsinin əməkdaşı olduğu bildirilib.
Partlayış zamanı xəsarət alan 3 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.