İqtisadiyyat

İqtisadi Şuranın növbəti iclası keçirilib

31 mart / 08:49 2 dəq
3ccc7458 dc92 35de 9fdc 82b526569d1a
31 mart / 08:49
Burada sizin reklamınız ola bilər

İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə “Qərb Xəbər”ə Nazirlər Kabinetindən bildirilib.

Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrasından irəli gələn yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə xammal və aralıq malların idxal gömrük rüsumlarının optimallaşdırılması”, həmçinin qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafı üçün strateji investisiya layihələrinin istiqamətləri və təşviq mexanizmləri və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda gündəlikdəki məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər