ABŞ enerji sisteminin bərpası üçün Ukraynaya 400 milyon dollar ayırıb.
“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yaydığı məlumatda deyilir.
“ABŞ hökuməti USAID vasitəsilə Ukraynaya qış dövrü üçün, O cümlədən energetika sisteminin təmiri üçün avadanlıqlar, elektrik generatorları, istilik stansiyalarının dəstəyi və humanitar yardım üçün 400 milyon dollarlıq yardım ayırıb”, – Agentliyin yaydığı mətndə bildirilib.