Bölgə xəbərləri

İlk bitki mənşəli elektromobil təqdim olundu

16 noyabr / 10:33 1 dəq
315100586 1640091243055049 4299429936917064018 n
16 noyabr / 10:33
Burada sizin reklamınız ola bilər

İspaniyanın “Liux” startapı dünyanın ilk bitki əsaslı avtomobilini təqdim edib. “Animal” elektromobili 90 faiz təkrar emal edilmiş və üzvi materiallardan (məsələn, kətan liflərindən) hazırlanıb.

O, 240 at gücünə malik elektrik mühərriklə təchiz edilib və birdəfəyə 600 kilometrə qədər yol qət edə bilir. “Animal”ın maksimal sürəti saatda 200 kilometrdir.

Avtomobil 2024-cü ildə bazara çıxarılacaq və onun qiyməti 39 min avrodan başlayacaq.

3D çap texnologiyası və sadə dizayn qiyməti aşağı salmağa kömək edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər