İlham Əliyev: “İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır”
“İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır”.
“Qərb Xəbər” bildirir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edərkən deyib.
Onun sözlərinə görə, ticarət dövriyyəsinin əsas hissəsini Azərbaycanın neft-qaz ixracı təşkil edir:
“Bu baxımdan əməkdaşlığımızın strukturunun genişləndirilməsi ilə bağlı əlavə addımlar atılmalıdır”.




