Qerbxeber.com xəbər verir ki, bunu Azərbaycanın Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Bakida görüşündən sonra mətbuata birgə açıqlamasında bildirib bildirib.
O, “Gürcü Arzusu”nu seçkilərdə qələbə münasibətilə təbrik edib.
“Bu səfər xüsusi əhəmiyyət kəsb edir, çünki parlament seçkilərindən sonra sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək ‘Gürcü Arzusu’nu qələbə münasibətilə təbrik edirəm. Sizə və komandanıza uğurlar arzulayıram. Təbii ki, parlament seçkilərindən sonra ilk xarici səfərinizi Azərbaycana planlaşdırmağınız Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli münasibətlərin simvoludur. Xüsusi təşəkkürümü bildirirəm” , – İlham Əliyev qeyd edib.
Onun sözlərinə görə, “Gürcü Arzusu”nun uğuru Cənubi Qafqazda sabitliyin təmin olunacağını göstərir.
“Təkbətək görüşdə biz əlaqələrimiz, ‘Orta Dəhliz’ layihəsi haqqında müzakirə apardıq. Ölkələrimiz sıx əməkdaşlıq edir. Bizim əməkdaşlığımız müntəzəmdir. Əminəm ki, bu layihə uğurlu olacaq. Bu layihədə qonşuluqdakı digər ölkələrlə sıx əlaqəni qorumaq lazımdır. Azərbaycan və Gürcüstan Avropa ilə Asiya arasında körpü və bağ olacaq. Biz bunu uğurla həyata keçiririk. Bilirik ki, Gürcüstanda nəqliyyat infrastrukturu, Azərbaycanda olduğu kimi, genişlənir. Xüsusilə də nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılmasına toxunur. Hər iki ölkədə bu istiqamətdə işlər aparılır, təmsil etdiyimiz xalqların rifahı naminə. Biz ayrılmaz tərəfdaşlarıq və başqalarına da çox dəyərli xidmətlər təklif edə bilərik. Çox şey əldə etmişik, detallara varmadan deyə bilərəm ki, geniş formatda bu mövzuları müzakirə edəcəyik. Bir daha əlavə etmək istəyirəm ki, partiyanızın uğuru Cənubi Qafqazda sabitliyin təmin olunacağı faktını sübut edir. Qardaşlarınız və dostlarınız olaraq sizin uğurlarınız bizi sevindirir. Gələcəkdə də daha böyük uğurlar arzulayıram” , – deyə İlham Əliyev vurğulayıb.