Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Hraparak: Sülh Tiflisdə imzalanacaq

3 noyabr / 14:31 3 dəq
Tblisi
3 noyabr / 14:31
Burada sizin reklamınız ola bilər

Azərbaycan və Ermənistan arasında noyabrın sonuna və ya dekabrın əvvəlinə kimi sülh müqaviləsi imzalana bilər. Müqavilənin Tiflisdə imzalanması planlaşdırılır. Gürcüstan ümumqafqaz sülhünün vasitəçisi və simvolu ola bilər.

“Qərb Xəbər” bildirir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Hazırda Gürcüstanda Əliyevlə Paşinyan görüşünə və sülh dövrünün başlanğıcını göstərən sənədin imzalanmasına fəal hazırlıq gedir. Bu sənədin imzalanması Ermənistanın Qarabağdan rəsmi və qəti şəkildə imtinası olacaq. Ermənistan heç bir şəkildə Qarabağın işlərinə qarışmamağı öhdəsinə götürür. Qarabağ sakinlərinin Ermənistan vətəndaşlığından məhrum edilməsi və maliyyələşdirilməsi kəsiləcək.

Təkcə Qarabağ “hüquq-mühafizə orqanları” deyil, həm də “yerli özünüidarəetmə”dən tutmuş “prezident aparatına” qədər, bütün “dövlət idarəetmə sistemi” maliyyəni itirəcək. Ermənistan xeyriyyə və sosial xarakterli layihələri, məsələn, uşaq bağçasının sökülən divarının suvaq və rənglənməsi kimi layihələr həyata keçirmək hüququ qazanacaq. Yuxarıda qeyd olunan “dövlət strukturlarının” maliyyələşdirilməsi isə separatizm və terrorizmi himayə etmək, maliyyələşdirmək kimi qiymətləndiriləcək. Qarabağın erməni sakinlərinin seçimi olacaq: ya Azərbaycan vətəndaşlığını qəbul edir və Azərbaycan vətəndaşı kimi yaşayış yerində yaşamağa davam edir, ya da Ermənistan vətəndaşı kimi Ermənistana köçür. Ermənilərin məskunlaşdığı əraziyə müəyyən mədəni muxtariyyət verilməsi məsələsi müzakirə olunur.

Azərbaycan istənilən növ muxtariyyətin əleyhinədir. Üstəlik, müqavilə imzalanandan bir neçə saat sonra bəzi yaşayış məntəqələri boşalacaq. Məsələn, Azərbaycan tələb edir ki, 1991-92-ci ilə qədər azərbaycanlıların yaşadığı, lakin hazırda Ermənistanın nəzarətində olan ərazilər dərhal ermənilər tərəfindən azad edilməlidir. Bu, ilk növbədə, Xocalıya aiddir. Əliyev üçün Xocalıya giriş Şuşa və ya Laçın kimi simvolik olacaq”, – məlumatda deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı