Qazax polisi Nazirlər Kabineti yanında Operativ Qərargahın “Karantin rejiminin gücləndirilməsi” barədə qərarı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.
“Qərb Xəbər” saytının məlumatına görə, hu gündən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə Qazax rayonunda da başlanılıb.
Belə ki, rayonun və bütün yaşayış məntəqələrinin girişində polis postları qurulub.
Postlara yaxınlaşan nəqliyyat vasitələri və piyadalar müvafiq qaydada polis əməkdaşları tərəfindən yoxlanılır, rəsmi icazəsi olmadan evdən çıxan şəxslərə xəbərdarlıq edilir, belə hallara təkrar yol verənlərə cərimə protokolu yazılır.
Qeyd edək ki, mətbuata hər hansı bir meneə yaradılmayıb.
Müxbirimizin Qazaxın mərkəzindən çəkdiyi fotoşəkilləri təqdim edirik: