Son Xəbərlər
Hörmüzün taleyi müəmmalı olaraq qalır-Asif Nərimanlının yazısı İdmansız Arıqlamaq: Kalori Saymadan, Sadəcə Düzgün Qida Ardıcıllığı İlə-Elnur Nemətovun yazısı Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin partlama səbəbi:TERAKT? Rusiya Şahin Şıxlinskinin həbs müddətini 31 ilə qaldırır Xamneyinin qırxı erməni kilsəsində keçirildi? Prezident Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib Trampın bu şərtlərlə İranla sülh təşəbbüsü ABŞ neft sektorunda narazılıq yaratdı Azərbaycanda boşanmaların xəritəsi: Qərb bölgəsində hansı rayon öndədir-STATİSTİKA Azərbaycan nefti 15 faizə yaxın ucuzlaşdı Hörmüzün taleyi müəmmalı olaraq qalır-Asif Nərimanlının yazısı İdmansız Arıqlamaq: Kalori Saymadan, Sadəcə Düzgün Qida Ardıcıllığı İlə-Elnur Nemətovun yazısı Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin partlama səbəbi:TERAKT? Rusiya Şahin Şıxlinskinin həbs müddətini 31 ilə qaldırır Xamneyinin qırxı erməni kilsəsində keçirildi? Prezident Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib Trampın bu şərtlərlə İranla sülh təşəbbüsü ABŞ neft sektorunda narazılıq yaratdı Azərbaycanda boşanmaların xəritəsi: Qərb bölgəsində hansı rayon öndədir-STATİSTİKA Azərbaycan nefti 15 faizə yaxın ucuzlaşdı
Yazarlar

Hörmüzün taleyi müəmmalı olaraq qalır-Asif Nərimanlının yazısı

Bu gün / 15:28 4 dəq
Asif nerimanlı
Bu gün / 15:28
Burada sizin reklamınız ola bilər
ABŞ-İran müharibəsində düyün nöqtəsinə çevrilən və atəşkəsi şərtləndirən Hörmüz boğazının taleyi müəmmalı olaraq qalır. Müharibə İrana boğaza nəzarət etmək kimi unikal şərait yaratdı və Tehran danışıqlarda bu imtiyazlarını qəbul etdirməyə çalışacaq. Artıq atəşkəs dövründə boğazdan keçən gəmilərin İrandan icazə alması tələb olunur, həmçinin, Tehranın “tanzit haqqı” əldə etmək üzərində işlədiyi deyilir. Lakin İranın praktiki olaraq boğaz üzərində nəzarətini legitimləşdirməsi çətin görünür.
Birincisi, hüquqi baxımdan belə bir imtiyaz qeyri-mümkündür: Hörmüz boğazı Suveyş və Panama kanalından fərqli olaraq, təbii keçiddir və ona nəzarət etmək UNCLOS-a (Dəniz Hüququ Konvensiyası) ziddir;
İkincisi, İranın iddiası siyasi baxımdan problemə çevrilə bilər: müharibə vaxtı Hörmüzün bağlanması qlobal bazara ciddi təsir edəndən sonra əsas təzyiq altına hücumu başlayan Birləşmiş Ştatlar düşdü, lakin bundan sonra Tehranın nəzarət cəhdləri ona qarşı qlobal təzyiq cəbhəsini formalaşdıra bilər;
Üçüncüsü, ABŞ-ı hücumları dayandırmağa sövq edən əsas amillərdən biri boğazın açılmasıdır və masada buna israr edəcək;
Boğazla bağlı reallığı anlayan İran hazırda bunu masada əlini gücləndirmək – güzəştə nail olmaq üçün bazarlıq aləti, o cümlədən, yenidən başlaya biləcək hücumlara qarşı yeganə təsirli rıçaq kimi görür. Bununla yanaşı, “nəzarət və rüsum əldə etmək” hədəfindən də imtina etmir, çünki müharibə Hörmüzün “strateji çəkindirmə” əhəmiyyətini praktiki olaraq ortaya çıxardı. İran Hörmüz boğazını gələcək təhlükəsizlik konsepsiyasının da mərkəzinə qoyacaq, hərçənd, bu cəhd risksiz deyil: boğaza nəzarət və rüsum almaq istəyi Tehranı təkcə Vaşinqtonla deyil, enerji bazarının bütün iştirakçıları ilə üz-üzə qoyacaq;
Bütün bunların fonunda müharibə yeni bir reallığı yaratdı: Hörmüz boğazı artıq təhlükəsiz deyil və istənilən qarşıdurma daşımalarda analoji vəziyyət yarada bilər;
Bu reallıq Hörmüz boğazına marağı azalda və alternativ axtarışlarını genişləndirə bilər. Və bu, ən çox ABŞ və İsrail üçün sərfəlidir.
– ABŞ Avropa bazarına neft ixracını artırmaq imkanı qazanır: Venesuela neftinə nəzarətdən sonra Vaşinqtona istehlak bazarını genişləndirmək lazımdır;
– İsrail Hörmüz boğazını – İranı beynəlxalq daşımalardan çıxarmaq və Fars körfəzinin neft-qaz ixracında tranzit rolunu oynamaq istəyir. Martın 30-da verdiyi açıqlamada “uzunmüddətli həll yolu” təklif edən Benyamin Netanyahu bildirirdi ki, “Fars körfəzinin neft-qaz resursları Səudiyyə Ərəbistanından keçərək, boru kəmərləri ilə Qırmızı dəniz və Aralıq dənizi sahillərinə nəql edilməli, bu yolla Avropa bazarına çıxarılmalıdır”. O, bunu Hörmüz boğazından – İrandan qlobal asılılığın aradan qalxmasının yolu kimi təqdim edir.
Netanyahunun təklif etdiyi marşrut daha bahalı olsa da, Hörmüzün təhlükəli marşruta çevrilməsi enerji istehlakçılarının, xüsusilə Avropanın bu alternativə marağını artıra bilər. Bu, ABŞ və İsrailin müharibə şəraitində İranın rıçağına çevrilən Hörmüz problemini enerji bazarı və nəqliyyat dəhlizlərinin dəyişdirilməsində istinad nöqtəsi kimi istifadə edə biləcəyini göstərir.
Paylaş
Burada sizin reklamınız ola bilər