Dünya

Hakan Fidan: Mən davamlı sülhə nail olunacağına inanıram

15 may / 16:13 1 dəq
Hakan fidan
15 may / 16:13
Burada sizin reklamınız ola bilər

Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Qerbxeber.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO XİN rəhbərlərinin Antalyadakı qeyri-rəsmi toplantısından sonra mediaya brifinqdə deyib.

Türkiyə XİN rəhbəri deyib ki, Türkiyə müharibənin əvvəlindən etibarən bu münaqişənin yalnız müzakirə yolu ilə həll ediləcəyi fikrini dəstəkləyib: “Üstəlik, münaqişənin həlli üçün ev sahibliyi edə biləcəyimizi ifadə etmişik”.

Fidan Ukrayna Prezidenti Volodimir Zelenskinin və Rusiya nümayəndə heyətinin hazırda Ankarada olduğuna da toxunub: “Sülh üçün lazımi iradənin, nəhayət, ortaya çıxdığı düşüncəsindəyik. Mən davamlı sülhə nail olunacağına inanıram”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı